Sədr

Sədr
Əliyev Elvin Həsən oğlu
1980: anadan olmuşdur.
Təhsil
1998–2002 – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində bakalavr təhsili almışdır.
2002–2004 – Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura şöbəsində təhsil almışdır.
2004–2007 – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda əyani aspiranturada təhsil almışdır.
2009 – “Ordubad bölgəsinin tunc və ilk dəmir dövrü arxeoloji abidələri” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2021 – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.
Karyera
2008–davam edir – Hədəf Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışmışdır.
2013–2015 – Bakı Dövlət Universitetində müəllim vəzifəsində çalışmışdır.
2016–2019 – Bakı Mühəndislik Universitetində müəllim vəzifəsində çalışmışdır.
2021–davam edir – Azərbaycan Dövlət Pedaqoji Universitetində əvəzçi müəllim kimi pedaqoji fəaliyyətlə məşğuldur.
2025 – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Hədəf Liseyi MMC Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Xarici dillər
Rus dili.
Ailəlidir, 3 övladı var.


